Sportarena.az
22 İyul 2017

"Məgər Əlcəzair bizə qol vurdu, referi saymadı?" - Yaşar Vahabzadə - AÇIQLAMA

12 Punto 14 Punto 16 Punto 18 Punto

"Oyundan öncə də bilirdik ki, çətin olacaq. Rəqib çox əzmkar oyun nümayiş etdirdi. Bizim uşaqlar sağ olsunlar. Ən yaxşı oyunlarımızıdan birini keçirdik".
 

Sportarena.az xəbər verir ki, bu sözləri 23 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Yaşar Vahabzadə IV İslam Həmrəyli Oyunlarının yarımfinal mərhələsində Əlcəzair yığmasına qalib gələrək finala çıxdıqları matçdan (2:0) sonra deyib. O, jurnalistlərin hakim ədalətsizliyi və futbolçularımızın intizamsızlığı haqda sualı ilə razılaşmayıb:

 

"Kobudluğu Əlcəzair futbolçuları da edirdi. İki epizodda qırmızı vərəqə almalı idilər. Hakimliyə gəlincə, məgər rəqib bizə qol vurdu, referi saymadı?"

Y.Vahabzadə Azərbaycan yığmasının turnir ərzində qol buraxmamasına da münasibət bildirib:

 

“Meydanda komanda şəklində müdafiə olunuruq. Quru seriyada təkcə qapıçı və müdafiəçilər rol oynamır. İstərdik ki, finalda da qapımızda top görməyək. Ümid edirəm ki, finalda daha çox azarkeş olacaq”. 


Qeyd edək ki, Azərbaycan millisi mayın 21-də keçiriləcək final görüşündə Kamerun - Oman matçının qalibi ilə qarşılaşacaq.  (qol.az)

Tarix
18.05.17 [16:00]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

22 İyul
21 İyul 

Facebook

Sorğu

Avrokuboklarda hansı klubumuz daha uğurlu çıxış edəcək?
 "Qarabağ"
 "Qəbələ"
 "İnter"
 "Zirə"

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio