İslamiada: Azərbaycan 100-ə çatdı

17:20 18 May 2017

Azərbaycan millisi IV İslam Həmrəyliyi Oyunlarında qazandığı medalların sayını 100-ə çatdırıb. 

Sportarena.az xəbər verir ki, növbəti medalı boksçumuz qazanıb.

56 kq çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev ötən gün üçüncü yeri tutsa da, bu gün keçirilən final döyüşündən sonra onun “bürünc”ü rəsmiləşib. 

Qeyd edək ki, Azərbaycan yığmasının hesabında 50 qızıl, 29 gümüş və 21 bürünc medal var.


Digər xəbərlər

Xəbər xətti