UEFA yeni qərar qəbul etdi - Kuboklar tribunada verilməyəcək

17:36 18 May 2017

UEFA bu mövsümdən etibarən milli və klub yarışlarında finaldan sonrakı təltifetmə və kubok təqdimetmə mərasimlərinin tribunada yox, yenidən meydançada keçirilməsiylə bağlı qərar verib.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Avropanın ali futbol qurumunun saytı yayıb. UEFA prezidenti Aleksandr Çeferin bu qərarı belə əsaslandırıb:

 

“Meydança futbolçuların səhnəsidi və uğurlarını burda qeyd etməlidilər. Hazırda olduğu kimi, tribunaya çıxarkən azarkeşlərin müdaxiləsinə məruz qalmamalıdılar”.

 

Qeyd edək ki, UEFA-nın sabiq prezidenti Mişel Platininin quruma rəhbərlik etdiyi dövrdə təltifetmə mərasimlərinin onun futbolçu olduğu dövrdəki kimi, tribunada keçirilməsinə qərar verilmişdi.


Digər xəbərlər

Xəbər xətti