"Oynamaq istədiyimiz komandalar Avstriyada olmayacaq" - Prosineçki - AÇIQLAMA

Sportarena.az      18 May 2018, 18:26

“Tam heyətlə hazırlaşa bilmirik. Hazırlığın ilk günlərindən razıyam. Ancaq hazırlığın əsas mərhələsi Avstriyada baş tutacaq”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki deyib.

 

IV İslam Həmrəyliyi Oyunlarının futbol turnirinin yarımfinalında keçirilən Əlcəzair – Azərbaycan oyununu canlı izləyən xorvatiyalı mütəxəssis matçın fasiləsində jurnalistlərin suallarını cavablandırıb.

 

Millimizin hazırlıq planı haqda danışan baş məşqçi yoxlama oyunu üçün rəqib seçməkdə çətinliklərin olduğunu bildirib:

 

“İki yoxlama oyunu keçirmək istəyirik. Hər komanda ilə qarşılaşmaq istəmirik. Oynamaq istədiyimiz komandalar da Avstriyada olmayacaq. Bu il oraya az komanda gələcək".

 

R.Prosineçki  millimizin kapitanı Rəşad Sadıqovun zədəsi haqda qısa danışıb: “Deyə bilmərəm. Ümid edirəm ki, o da Avstriyada ümumi kollektivlə məşq edə biləcək”.

 

R.Prosineçki çempionatın tez bitməsinin futbolçuların hazırlıq səviyyəsinə təsir etməyəcəyini qeyd edib: “Legionerlər öz çempionatlarında oynayırlar. "Qəbələ" və "Qarabağ" da mövsümü o qədər də tez bitirmədi. Buna görə də hansısa problem görmürəm”. (Qol.az)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin