Boksçularımızın yekun nəticəsi: 7 medal - YENİLƏNİB

22:31 18 May 2017

IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarına yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, Azərbaycanın 6 təmsilçisi bu gün final görüşünə çıxıb.

 

Onlardan 3-ü - Cavid Çələbiyev, Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov millimizin aktivinə qızıl medal yazdırıblarsa, Tamerlan Abdullayev, Kamran Şahsuvarlı və Rauf Rəhimov həlledici döyüşdə məğlub olaraq, “gümüş”lə kifayətləniblər.

 

Tayfur Əliyevin (56 kq) də 3-cü yeri tutduğunu nəzərə alsaq, boks yığmamız İslamiadanı 3 qızıl, 3 gümüş və 1 bürünc medalla başa vurub.


Digər xəbərlər

Xəbər xətti