"Qəbələ" "Milan"la qarşılaşacaq

Sportarena.az      19 May 2018, 10:22

“Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, Ülfət Mədətovun baş məşqçisi olduğu U-13 İtaliyanın Rimini şəhərində təşkil edilən Flavio Perottinin xatirəsinə həsr olunan 14-cü turnirdə qüvvəsini sınayacaq.

Mayın 18-22-də keçiriləcək yarışda 24 komanda mübarizə aparacaq. 1-ci mərhələdə A qrupunda yer alan “qırmızı-qaralar” mayın  19-da “Milan”, ardınca “Spal 2013” ilə qarşılaşacaq. “Qəbələ” ertəsi gün “Kapilan Pallo” ilə görüşəcək. Komandanın növbəti mərhələdəki rəqibləri isə qrupda tutacağı yerdən asılı olacaq.

“Qırmızı-qaralar” Apennin yarımadasına 18 futbolçu ilə yollanıb. Heyətdə Heybət Vəliyev, Emil Umarov, Azər Məmmədhəsənzadə, Səid Ağazadə, İxtiyar Mamıyev, Fuad Əhmədov, İbrahim Ramazanov, Emil Süleymanov, Sərxan Mirzəzadə, Elmir Qələndərov, Sahil Həsənov, Nuqay Rəşidov, Qədir Mustafayev, Elmir Hüseynli, Fərid Kələntərov, Kamil Nəzərli, Namiq Şamilov və Tofiq Bayramov yer alıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin