İslamiada: Basketbolçularımızdan uğurlu başlanğıc

11:42 19 May 2017

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında basketbol 3x3 yarışlarına start verilib.


Sportarena.az xəbər verir ki, qadınların mübarizəsində “A” qrupunda yer alan Azərbaycan millisi Türkmənistanla qarşılaşıb. Qarşılaşma Azərbaycan basketbolçularının 16:7 hesablı qələbəsi ilə başa çatıb.


Qadın basketbolçularımız gün ərzində qrupda keçirdikləri ikinci görüşdə də qələbə qazanıblar. Komandamız Əlcəzair millisini 20:14 hesabı ilə məğlub edib.

 

Yarışın ilk günü kişi basketbolçularımız üçün də uğurlu alınıb. “A” qrupunda yer alan milli komandamız ilk oyunda Türkmənistan yığmasını 17:16 hesabı ilə məğlub edib. Komandamız ikinci oyunda isə Türkiyə millisinə qalib gəlib - 17:10.


Digər xəbərlər

Xəbər xətti