Millimiz Makedoniyaya qalib gəldi

12:00 19 May 2017

Makedoniyanın Skopye şəhərinə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

 

Sportarena.az xəbər verir ki, Makedoniyanın U-17 komandası ilə qarşılaşan yığmamız 2:0 hesabı ilə qələbə qazanıb. Hər iki qolu Turan Vəlizadə vurub.

 

Qeyd edək ki, millimiz Makedoniya ilə ilk yoxlama görüşündə 1:1 hesabı ilə bərabərə qalıb.


Digər xəbərlər

Xəbər xətti