A seriyasına yüksələn ikinci klub müəyyənləşdi

12:58 19 May 2017

İtaliya B seriyasında mövsümə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, sonuncu - 42-ci turda səfərdə “Çezena” ilə qolsuz bərabərə qalan “Verona” mövsümü 2-ci pillədə başa vuraraq, A seriyasına vəsiqə qazanıb. Beləkilə, “sarı-göylər” 1 illik fasilədən sonra yenidən İtaliya elitasına qayıdıb.

 

Qeyd edək ki, veronalılardan öncə SPAL da A seriyasına vəsiqə qazanmışdı. İtaliyanın ən yüksək liqasına vəsiqə qazanacaq 3-cü komandanın adına isə pley-off oyunlarından sonra aydınlıq gələcək.


Digər xəbərlər

Xəbər xətti