Samir Abasov "Dinamo" Zaqrebin baş məşqçisi ilə görüşdü - FOTO

15:21 19 May 2017

"Sumqayıt" klubunun baş məşqçisi Samir Abasov, akademiyanın koordinatorları Baba Əsgərov və Sabir Əliyevin Zaqreb "Dinamo"suna yollanması barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, dünən məşqçilər Xorvatiya klubunun məşqini izləyib. Ardınca Samir Abasov təcrübə toplamaq məqsədi ilə həmkarı, “Dinamo”nun çalışdırıcısı İvaylo Petevlə görüşüb və onun iş sistemiylə yaxından maraqlanıb.

 

Daha sonra məşqçilər "Dinamo"nun akademiyasının rəhbəri İvo Şuşakın qonağı olub. Görüş zamanı mütəxəssislər akademiyanın ümumi sistemi və aşağı yaş komandalarının strukturu ilə tanış olublar.

 


Digər xəbərlər

Xəbər xətti