Şahin Diniyevin köməkçisi açıqlandı - RƏSMİ

15:54 19 May 2017

“Kəpəz”in məşqçilər korpusunda yeni təyinat olub.


Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Gəncə klubunun U-19 komandasının baş məşqçisi olan Vidadi Rzayev bundan sonra fəaliyyətini əsas komandada davam etdirəcək. O, Şahin Diniyevin köməkçisi olacaq. A kateqoriyasına malik Rzayev ilə bir illik müqavilə bağlanacaq.

 
Qeyd edək ki, Rzayev vaxtilə futbolçu, karyerasını başa vurduqdan sonra isə ayrı-ayrı illərdə “Kəpəz”in məşqçisi və baş məşqçisi olub.  


Digər xəbərlər

Xəbər xətti