Renat Dadaşov "Ayntraxt"ın əsas komandasında oynayacaq - Yeni müqavilə

Sportarena.az      19 May 2018, 17:10

Millimizin və “Ayntraxt”ın üzvü Renat Dadaşov bu gün klubu ilə yeni müqavilə imzalayıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Frankfurt təmsilçisinin rəsmi saytı məlumat yayıb. 18 yaşlı oyunçunun “Ayntraxt”la müqavilə müddəti 2020-ci ilin yayına qədər nəzərdə tutulub. Bu ilin yanvar ayında “Leypsiq”dən transfer edilən və klubun U-19 komandasında çıxış edən  Dadaşov bundan sonra əsas komandaya cəlb ediləcək.

 

R.Dadaşov yeni müqavilə ilə bağlı klubun saytına fikirlərini bildirib:

 

“Ayntraxt”da peşəkar karyeraya başladığım üçün çox sevinirəm. Buna görə klub rəhbərliyinə, ailəmə, dostlarıma və yaxınlarıma təşəkkür edirəm. Çünki onlar mənə hər zaman dəstək verirlər”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin