Rəşad Sadıqov və komandası çempionluq kubokuna qovuşdu - FOTO

18:44 19 May 2017

Bu gün U-19 liqasında son turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası bu turda AZAL-ı qəbul edib. İki tur öncə çempionluğunu rəsmiləşdirən “köhlən atlar” bu matçda 7:0 hesablı qələbə qazanıb.

 

Qarşılaşmadan sonra isə AFFA-nın baş katibi Elxan Məmmədov, "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl və baş məşqçi Qurban Qurbanov tərəfindən futbolçulara qızıl medallar və çempionluq kuboku təqdim olunub.

 


Digər xəbərlər

Xəbər xətti