"Real" La Liqanın çempionu oldu - YENİLƏNİB

23:30 21 May 2017

Bu gün İspaniya La Liqasında 2016/17 mövsümünün sonuncu - 38-ci turuna start veriləcək.

 

Sportarena.az xəbər verir ki, son turun ilk oyununda “Qranada” “Espanyol”u qəbul edəcək. Bazar günü isə bütün diqqətlər Malaqa və Barselonaya yönələcək. Belə ki, bu şəhərlərdə keçiriləcək “Malaqa” - “Real” və “Barselona” - “Eybar” oyunlarında çempionluğun taleyi həll ediləcək. Madrid təmsilçisi səfərdən bir xalla qayıdacağı təqdirdə, Barselonadakı görüşün nəticəsindən asılı olmayaraq, mövsümü çempion kimi başa vuracaq.

 

İspaniya La Liqası, 38-ci tur

19 may

22:45 Qranada - Espanyol 1:2

 

20 may

19:00 Sportinq - Betis 2:2
21:00 Leqanes - Alaves 1:1
21:00 Deportivo - Las Palmas 3:0
23:00 Sevilya - Osasuna 5:0

 

21 may

18:45 Atletiko - Atletik 3:1
18:45 Selta - Real Sosyedad 2:2
18:45 Valensiya - Vilyarreal 1:3
22:00 Barselona - Eybar 4:2
22:00 Malaqa - Real 0:2


Digər xəbərlər

Xəbər xətti