"Qarabağ"da növbəti ayrılıq

14:27 20 May 2017

“Qarabağ”dan ayrılan növbəti futbolçunun adı məlum olub.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, müdafiəçi İlqar Qurbanovla yollar ayrılıb. İlqar Qurbanov 2011-ci ildən etibarən “Qarabağ”ın şərəfini qoruyub.  O, bu müddıtdə 144 dəfə meydana çıxıb və 6 qol vurub.

 

Ağdam klubu futbolçuya komandada göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

 

Qeyd edək ki, bundan öncə "Qarabağ" Vüqar Nadirov və Boyan Şaranovla da yolları ayırmışdı.


Digər xəbərlər

Xəbər xətti