"Arsenal"dan Vengerə yeni müqavilə təklifi və struktur dəyişikliyi

14:56 20 May 2017

“Arsenal” baş məşqçisi Arsen Vengerlə müqavilənin müddətini uzadacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Yeni müqavilənin şərtlərinə əsasən, fransalı mütəxəssis daha 2 mövsüm London komandasını çalışdıracaq.

 

Bundan sonra klubda struktur dəyişikliyinin aparılacağı da gözlənilir. Komandanın uzunmüddətli planlarını hazırlamaq üçün “Arsenal”a bir mütəxəssisin dəvət ediləcəyi bildirilir.


Xəbər xətti