Superliqanı daha bir klub tərk etdi

17:50 20 May 2017

Türkiyə Super Liqasında 32-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, bu gün baş tutan qarşılaşmadan sonra çempionatı tərk edən ikinci komanda da məlum olub. Belə ki, səfərdə "Rizəspor"a 0 - 2 hesabıyla uduzan "Qaziantepspor" Super Liqa ilə vidalaşıb. Qaziantep təmsilçisi 27 il sonra aşağı liqaya yuvarlanıb.

 

Qeyd edək ki, ötən tur "Adanaspor"un da Super Liqanı tərk etməsi rəsmiləşmişdi.


Xəbər xətti