Türk futbolçudan qadın hakimə dəstək - "Kişilərin ucbatından hər həftə əsəb gərginliyi keçiririk”

18:14 20 May 2017

Xanım hakim Bibiana Ştaynhausun gələn mövsümdən Almaniya Bundesliqasının oyunlarını idarə edəcəyi barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, “Mançester Siti”nin futbolçusu İlkay Gündoğan bu məsələyə münasibət bildirib. O, “tvitter”də yazdığı statusda Bibianaya dəstəyini nümayiş etdirib:

 

“Yeni səhifə açmaq üçün böyük iradəyə sahib olmaq lazımdı. Frau Ştaynhausa böyük hörmət bəsləyirəm. Hamı ehtiyat edir ki, qadınlar hakimlikdə öz işlərinin öhdəsindən gələ bilməzlər. Bəs kişilərə nə deyirsiz? Biz onların ucbatından hər həftə əsəb gərginliyi keçiririk”.


Digər xəbərlər

Xəbər xətti