Millimizin üzvləri bir-birilərinə rəqib oldu

11:43 21 May 2017

Ukrayna Premyer Liqasında 30-cu turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, millimizin üzvü Pavel Paşayevin şərəfini qoruduğu “Stal” digər azərbaycanlı futbolçu Dmitri Nağıyevin üzvü olduğu “Dnepr”i qəbul edib. Oyun Nağıyevin komandasının 1:0 hesablı qələbəsiylə nəticələnib. Hər iki futbolçumuz meydana start heyətində çıxıb. Paşayev fasilədə əvəzlənibsə, Nağıyev sonadək meydanda olub.

 

30 oyundan sonra hesabında 37 xal olan “Stal” ikinci altılıqda liderdi. “Dnepr” isə 22 xalla sondan ikinci pillədə qərarlaşıb. Dnepropetrovsk təmsilçisinin hesabından 15 xal çıxılıb.


Digər xəbərlər

Xəbər xətti