Eddi oynadı, komandası heç-heçə etdi

12:47 21 May 2017

İspaniya Sequndasında 39-cu turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, millimizin üzvü Eddi İsrafilovun çıxış etdiyi “Kadis” doğma meydanda "Kordoba"nı qəbul edib. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Bir neçə turdur oynamaq şansı qazanmayan İsrafilov matçın 75-ci dəqiqəsində meydana daxil olub.


Qeyd edək ki, hesabında 60 xalı olan “Kadis” 22 komanda arasında 5-ci pillədə qərarlaşıb. 


Xəbər xətti