Növbəti futbolçu intiharı - Yenə çexiyalı

14:26 21 May 2017

Daha bir çexiyalı futbolçu intihar edib.

 

Sportarena.az xəbər verir ki, ölkənin “Banik” və “Viktoriya” klublarında oynamış David Bıstron öz canına qəsd edib. 35 yaşlı futbolçu evində özünü asıb. Məlumata görə, onun maliyyə problemləri və ailəsində münaqişə olub.

 

Təxminən bir ay əvvəl daha bir çexiyalı futbolçu - Frantişik Raykorol da intihar etmişdi. Maraqlıdıki, hər iki futbolçu “Banik” və “Viktoriya”da birgə çıxış ediblər.

 

Bıstron “Viktoriya” ilə Çexiya, “Levski” ilə Bolqarısatn çempionluğunu qazanıb.


Digər xəbərlər

Xəbər xətti