"Qalatasaray" "Mançester Siti"nin kapitanını transfer edir?

15:22 21 May 2017

"Qalatasaray"la bağlı növbəti transfer xəbəri yayılıb.

 

Sportarena.az xəbər verir ki, İstanbul klubunun "Mançester Siti"nin kapitanı Vinsent Kompanini transfer etmək istədiyi iddia olunur. İddialara görə, heyətə dünya səviyyəli bir stoperin qatılmasını istəyən baş məşqçi İqor Tüdor bu transferlə birbaşa özü maraqlanır. Artıq "şəhərlilər"in baş məşqçisi Pep Qvardiolanın da belçikalı futbolçunun gedişinə razılıq verdiyi bildirilir.

 

Qeyd edək ki, "Mançester Siti" Kompanini 2008-ci ildə "Hamburq"dan 8,5 milyon avroya alıb. 


Xəbər xətti