Türkiyə klubunun prezidenti: "Düşünmürəm ki, Tural burda çətinlik çəksin" - AÇIQLAMA

16:17 21 May 2017

"Kəpəz"dən ayrılan Tural Qürbətovun Türkiyənin BAL Liqasına yüksələn "Atakum Bələdiyəspor" klubuna transfer olduğu haqda məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, bu keçidlə bağlı klubun prezidenti Mehmet Aydın fikirlərini bildirib:

 

"Bu mövsüm hədəfimiz Həvəskarlar Liqasında çempion olub, 3-cü Liqaya çıxmaqdır. Buna görə də transferlər edirik. Tural Qürbətovu uzun müddətdir ki, izləyirdik. Yaxşı futbolçudur və xarakteri çox əla olan bir dostumuzdur. Türkiyə və Azərbaycan bir-birinə yaxındır. Düşünmürəm ki, Tural burda çətinlik çəksin".

 

Qeyd edək ki, Tural Qürbətov Azərbaycan çempionatında 87 matç keçirib. 24 yaşlı hücumçu ötən mövsüm "Xəzər Lənkəran"dan ayrılaraq "Kəpəz"ə keçmişdi. Qürbətov Gəncə klubunda 17 oyuna 1 qol vurub.


Xəbər xətti