"AFFA da komandaya mükafat verəcək" - Elxan Məmmədov - MÜSAHİBƏ

10:06 22 May 2017

Islam Həmrəylik Oyunlarında Oman üzərində 2:1 hesablı qələbə qazanan AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az həmin müsahibəni təqim edir:

 

- Çempionluqdan danışardınız

- Komandamız ilk hissədə daha rahat oynayırdı. Sonra isə bir az təzyiq altına düşdük. Matçın sonlarına yaxın oyuna nəzarət itmişdi. Buna baxmayaraq qızıl medalları qazandıq. Bütün futbolçularımızı, məşqçilərimizi təbrik edirəm. Fürsətdən istifadə edib bütün klublarımıza təşəkkür etmək istəyirəm. Mart ayından etibarən futbolçularını U-23 millimizə verdilər. Təlim-məşq toplanışı, hazırlıq prosesi yaxşı keçmişdi, Buna görə də komandamız yaxşı nəticə göstərdi.

 

- Əsas millimiz Avstriyada təlim-məşq toplanışındadı. Yoxlama matçları keçiriləcək?

- Bu istiqamətdə danışıqlar gedir.

 

- Millimizə İslam Oyunlarında qalib gəldiyi üçün AFFA mükafat verəcək?

- Təbii ki, AFFA da komandaya mükafat verəcək. Amma ilk növbədə dövlət tərəfindən mükafatlandırlıcaqlar. Komandaya söz vermişdik ki, finala çıxsaz, qızıl medalları qazansaz bizim tərəfimizdən mükafat veriləcək.

 

- Mükafatın məbləğini açıqlaya bilərsiz?

- Xeyr. Məncə bu gün çempionluqdan həzz alaq. (Qafqazinfo)


Xəbər xətti