Simeone “Atletiko”da qalır? - AÇIQLAMA

11:10 22 May 2017

İspaniya La Liqasının 2016/17 mövsümünü 3-cü pillədə başa vuran “Atletiko”nun baş məşqçisi Dieqo Simeone son turda “Atletik”i 3:1 hesabıyla məğlub etdikləri oyundan sonra gələcək karyerası barədə danışıb.

 

Sportarena.az xəbər verir ki, argentinalı mütəxəssis növbəti mövsümdə də “Atletiko”da qalacağını açıqlayıb:

 

“Bəli, qalacam. Bilirsiz, niyə? Qalacam çünki, bu klubun gələcəyi var və bu gələcək hamımızındı. Bu klubun inkişaf etməsində hamınız yardım etmisiz. Digər klublar daha çox kubok qazanmış və ya daha çox pula sahib ola bilərlər, lakin heç bir klub “Atletiko”luların duyğularına çata bilməz”.

 

Simeone 6 mövsümdü “Atletiko”nun “sükanı arxasında"dı. Dieqo bu müddətdə La Liqa, ölkə kuboku, Avropa superkuboku, İspaniya superkubokunu qazanıb.


Digər xəbərlər

Xəbər xətti