İslam oyunlarında 5 qızıl medal qazandı, Dünya kubokunda finala çıxa bilmədi

11:39 22 May 2017

Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında ümumilikdə 5 qızıl medal qazanan Azərbaycan idmançısı Ruslan Lunyov Almaniyada keçirilən dünya kuboku uğrunda yarışda iştirak edir.

 

Sportarena.az xəbər verir ki, güllə atıcımız artıq ilk çıxışını başa vurub. O, təsnifat mərhələsində 25 metrdən hədəfə sürətli atəş açmaqda 581 xal qazanıb. Beləlikdə də, Lunyov 60 snayper arasında 11-ci pilləni tutub və final mərhələsində iştiraka imkan verən ilk “altılığ”a düşə bilməyib.

 

Qeyd edək ki, o,  bu gün 10 metrdən pnevmatik tapança ilə atəş açmaq yarışında da iştirak edəcək.


Xəbər xətti