Mourinyo meydana buraxdığı heyətlə Premyer Liqanın tarixinə düşdü

11:56 22 May 2017

İngiltərə Premyer Liqasının 38-ci turunda evdə "Kistal Pelas"ı 2 cavabsız qolla məğlub edən "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo bu oyuna Premyer Liqa tarixində ən gənc start heyətini oyuna çıxarıb.
 
Sportarena.az xəbər verir ki, heyətin orta yaşı 22 il 284 gün olub. Onların ən gəncləri Timoti Fosu-Mensa (19 yaş, 4 ay), Aksel Tuanzebe (19 yaş, 6 ay) və Demetri Mitçell (20 yaş 4 ay) olub. 
 
Mayın 24-də Avropa Liqasının finalında "Ayaks"la oyunu nəzərə alan portuqal mütəxəsis əsas oyunçulara istirahət verib.  


Xəbər xətti