"Seltik"dən tarixi və unikal nəticə - 118 il sonra

13:16 22 May 2017

Şotlandiya Premyer Liqasında 2016/17 mövsümünə yekun vurulub.
 
Sportarena.az xəbər verir ki, "Seltik" çempionluq titulunu qazanmaqla bərabər tarixi nəticəyə də imza atıb. "Ağ-yaşıllar" 1899-cu ildən sonra çempionatı məğlubiyyətsiz başa vuran ilk komanda olub. 118 il öncə bu nəticəni "Reyncers" göstərmişdi.
 
Brendan Rocersin yetirmələri 38 oyunda 34 qələbə, 4 heç-heçə edib. Rəqib qapılarından 106 qol keçirən "Seltik" cəmi 25 qol buraxıb.


Digər xəbərlər

Xəbər xətti