"Real" çempionluğa daha layiq idi" - İniesta - AÇIQLAMA

13:40 22 May 2017

"Barcelona"nın kapitanı Andres İniesta La Liqanın sonuncu turundan sonra mövsümlə bağlı fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, təcrübəli futbolçu "Real"ın çempionluğa daha layiq olduğunu qeyd edib.

 

"Bizim qələbəmiz şirin-acı qələbə oldu. Son 7 oyunda qalib gəlməklə əlimizdən gələni etdik. Amma "Real" bizdən biraz güclü və çempionluğa daha layiq komanda idi. Stabil olmadıq, çempiondan cəmi 3 xal geri qalmışıq. "Eybar"la oyunun fasiləsində öyrəndik ki, "Real" səfərdə "Malaqa"ya qalib gəlir. İstənilən halda, məqsədimiz qələbə idi. Mövsümü kifayət qədər major notlarla başa vurmaq üçün növbəti həftə İspaniya Kubokunu qazanmaq şansımız var".


Xəbər xətti