Metro bu gün saat neçəyə kimi işləyəcək? - AÇIQLAMA

14:16 22 May 2017

İslam Oyunlarının bağlanış mərasimi ilə əlaqədar Bakı Metropoliteni QSC-də xüsusi hazırlıq tədbirləri görülüb.

 

Sportarena.az xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. Onun sözlərinə görə, açılış mərasimində olduğu kimi, bu gün də Bakı metrosu saat 2-ə kimi işləyəcək:

 

"Açılışda ehtiyac olduğu üçün saat 02:40-a qədər işlədik. Bu gün də ehtiyac olacaqsa, saat artırıla bilər".

 

Bu gün Bakı-2017 İslam Həmrəyliyi Oyunları yekunlaşır. Saat 20:00-da Bakı Olimpiya stadionunda İslam Oyunlarının rəsmi bağlanış mərasimi baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti