"Neftçi" transferlərə böyük pullar xərcləmək fikrində deyil" - Folprext - AÇIQLAMA

14:36 22 May 2017

Son mövsümü icarə əsasında "Neftçi"nin heyətində keçirən çexiyalı futbolçu Zdenek Folprext ölkəsinin mətbuatına müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, təcrübəli oyunçu müsahibəsində "Neftçi"dəki gələcək taleyindən də söz açıb. O, klubun düşərgəsinə qayıdıb-qayıtmayacağının dəqiqləşmədiyini deyib:

 

"Neftçi” eyni baş məşqi ilə yoluna davam edəcək. Bakını tərk etməzdən əvvəl onunla söhbətimiz oldu. Məni saxlamaq istədiyini bildirdi. Amma bunun üçün “Slovan”la danışıqlar aparmalıdırlar. Onlar müqaviləsi olan futbolçunu almaq istəmirlər. Bu klub transferlərə böyük pullar xərcləmək fikrində deyil, ancaq azad agentləri havayı əldə etməyə çalışır. Hazırda gözləmə mövqeyindəyəm. Danışıqlar müsbət yekunlaşsa, "Neftçi"yə qayıdacam”.

 

Qeyd edək ki, Folprext "Neftçi"nin heyətində 14 oyun keçirib və 1 qolla yadda qalıb. 


Xəbər xətti