Budaq son oyunda "Sportinq"ə lazım olmadı

15:56 22 May 2017

Portuqaliya Sequndasında mövsümün sonuncu - 42-ci turunun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun üzvü olduğu "Sportinq"in B komandası səfərdə "Braqa"nın ikinci komandası ilə qarşılaşıb. Oyun 1:1 hesablı bərabərliklə nəticələnib. Nəsirovun adı oyunun iştirak ərizəsinə salınmayıb.

 

"Sportinq B" mövsümü 55 xalla 22 komanda arasında 14-cü pillədə başa vurub.


Digər xəbərlər

Xəbər xətti