"Milan" ilk transferini reallaşdırdı

16:57 22 May 2017

taliyanın "Milan" klubu ilk transferini rəsmiləşdirib.

 

Sportarena.az xəbər verir ki, gələn mövsüm Avropa Liqasında mübarizə aparacaq "qırmızı-qaralar" "Vilyarreal"ın futbolçusu Mateo Musakkionun keçidini həll edib. Belə ki, klub 26 yaşlı müdafiəçinin bu gün tibbi müayinədən keçdiyini açıqlayıb. Argentina millisinin üzvü ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacağı bildirilib. 

 

Qeyd edək ki, Mateo Musakkio "River Pleyt"in yetirməsidi. O, 2010-cu ildən İspaniya klubunun şərəfini qoruyurdu.


Xəbər xətti