İsko "Real"dan gedir? - Özü açıqladı

10:38 23 May 2017

“Real”ın futbolçusu İsko komandanın azarkeşlərinə müraciət edib.

 

Sportarena.az xəbər verir ki, İsko “Real” qalıb-qalmayacağı məsələsinə qəti aydınlıq gətirib. O, azarkeşləri rahat olmağa səsləyib və komandada qalacağını bildirib:

 

“Qoy “Real” azarkeşləri rahat olsunlar, mən komandada qalıram. Özümü bu klubda və yüksək səviyyəli futbolçuların əhatəsində əla hiss edirəm. Mənə asan olmadı, xüsusən də mövsümün əvvəlində. Amma hesab edirəm ki, psixoloji cəhətdən çox güclü oldum. Bundan əlavə, mənə komanda yoldaşlarım və ailəm də dəstək oldu”.


Digər xəbərlər

Xəbər xətti