"Barselona"nın sabiq prezidenti həbs edildi

12:34 23 May 2017

“Barselona”nın sabiq prezidenti Sandro Rossel həbs edilib.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İspaniya mətbuatı yayıb. Sabiq prezident “çirkli pullar”ın yuyulmasında iştirakda ittiham edilir. Belə ki, davam edən təhqiqatda Braziliya millisinin oyunlarının yayım hüququnun qanunsuz yollarla ələ keçirilməsi və bunun vergiyə nəzarət az olan ölkələrdə “yuyulması” araşdırılır.

 

Rossellə birlikdə 4 nəfər də həbs edilib. Həbs edilənlər arasında Braziliya Futbol Konfederasiyasının sabiq prezidenti Rikardo Teyşeyranın olduğu da deyilir.

 

Əməliyyatın Andorra, Barselona, Jirona və Lleyda şəhərlərində keçirildiyi qeyd edilib.


Xəbər xətti