"Kəpəz" Birinci diviziondan futbolçu transfer etdi

14:16 23 May 2017

Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən “Kəpəz” daha bir futbolçu ilə razılığa gəlib.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi Azər Məmmədovla 1 il müddətinə anlaşıb.

 

Son mövsümü “Turan Tovuz”da keçirən yarımmüdafiəçi komandasının kapitanı olub. Məmmədov bu il həm də Tovuz təmsilçisi ilə 1-ci divizionun çempionu adını qazanıb.


Digər xəbərlər

Xəbər xətti