"Barselona"nın yeni baş məşqçisi kimdi? - Artıq işə başlayıb

15:49 23 May 2017

Bilbao “Atletik”in baş məşqçisi Ernesto Valverde artıq “Barselona” üçün işləməyə başlayıb.

 

Sportarena.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Valverde mayın 29-da rəsmən “Barsa”nın baş məşqçisi elan olunacaq. Ancaq o, hazırda rəhbərliklə yeni mövsüm üçün heyətin komplektləşdirilməsi ilə bağlı müzakirələr aparır.

 

“Barselona”nın baş məşqçisi Luis Enrike İspaniya kubokunun finalından - “Alaves”lə oyundan sonra postunu tərk edəcək. Final oyunu mayın 27-də keçiriləcək.


Xəbər xətti