Şimali İrlandiyada ciddi itki - Millimizə qarşı oynamayacaq

16:23 23 May 2017

Şimali İrlandiya yığmasının futbolçusu Konor Vaşinqton iyunun 10-da Bakıda millimizlə 2018-ci il dünya çempionatının seçmə qrup matçında iştirak etməyəcək.

 

Sportarena.az xəbər verir ki, buna 25 yaşlı hücumçu toyu səbəb göstərilib. İngiltərə KPR-inin forvardı eyni səbəbdən iyunun 2-də Yeni Zelandiya ilə yoldaşlıq görüşündən də kənarda qalacaq.

 

Əvəzində baş məşqçi Maykl O Nil heyətə 2 yeni oyunçu çağıracaq. Bunlar Şotlandiya "Kilmarnok"unun 22 yaşlı yarımmüdafiəçisi Cordan Cons və İngiltərə "Lids"inin qapıçısı Beyli Pikok-Farreldir. İngiltərə "Donkaster"inin futbolçusu Lük Makkallox da 2016-cı il Avropa çempionatında xaçabənzər bağlarından zədə aldıqdan sonra ilk dəfə yığmaya qayıdıb.


Digər xəbərlər

Xəbər xətti