Almaniya millisində itki - Konfdederasiyalar kubokuna getməyəcək

18:59 23 May 2017

"Mançester Siti"nin yarımmüdafiəçisi Leroy Sane Rusiyada keçiriləcək Konfederasiyalar Kubokunda iştirak etməyəcək.

 

Sportarena.az xəbər verir ki, Almaniya millisinin üzvü yayda əməliyyat olunacaq.

 

"Tibbi personalla məsləhətləşəndən sonra qərara aldım ki, yeni mövsümdə daha sağlam olmaq üçün əməliyyat keçirim" - deyə Sane bildirib.

 

Bundestim Konfederasiyalar Kubokuna optimal heyətlə getməyəcək. Manuel Noyer, Məsut Özil, Tomas Müller,  Mats Hummels, Toni Kroos, Jerom Boatenq kimi ulduzlara istirahət verəcək baş məşqçi Yoahim Löv əsasən gənclərə güvənəcək.


Digər xəbərlər

Xəbər xətti