"Qarabağ" italyan hücumçu alır - 900 minlik təklif

10:48 24 May 2017

Azərbaycan çempionu “Qarabağ” heyətini italiyalı futbolçu ilə gücləndirə bilər.

 

Sportarena.az xəbər verir ki, “köhlən atlar” hücumçu Nikola Sitro ilə maraqlanır. İtaliya mətbuatının yazdığına görə, Ağdam klubu bu ölkənin B seriyasında çıxış edən “Trapani”də forma geyinən futbolçuya üç illik müqavilə üçün 900 min avro təklif edib.

Sitro bu təklifi qəbul etsə, “Qarabağ”ın heyətində ilinə 300 min, ümumilikdə isə 900 min avro məvacib alacaq.


Digər xəbərlər

Xəbər xətti