La Liqa klubu 35 yaşlı qapıçıya 50 milyon qiymət qoydu

11:15 24 May 2017

İspaniya La Liqa təmsilçisi “Espanyol” müqaviləylə “Milan”a məxsus olan, son mövsümdə icarə əsasında komandada çıxış edən qapıçı Dieqo Lopesin transfer hüququna yiyələnib.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı klubun saytı yayıb. Xəbərdə 35 yaşlı qapıçıyla 3 illik müqavilə bağlandığı qeyd edilib.

 

Maraqlıdı ki, yeni müqavilədə Lopesin transfer qiyməti 50 milyon avro olaraq göstərilib.


Xəbər xətti