Nika Kvekveskiri "Qəbələ"də oynamayacaq? - Qazaxıstan klubu ilə anlaşıb

12:24 24 May 2017

“Qəbələ”nin gürcü legioneri Nika Kvekveskirinin karyerasını Qazaxıstanda davam etdirməsi reallaşır.

 

Sportarena.az xəbər verir ki, 25 illik yubileyini qeyd etməyə hazırlaşan yarımmüdafiəçinin "Tobol"a keçəcəyini artıq Qazaxıstan mətbuatı da təsdiqləyib.

 

Belə ki, Sports.kz saytının yaydığı məlumata görə, Nika Kostanay təmsilçisi ilə rəsmi müqavilə imzalamaq üçün qarşıdakı günlərdə bu ölkəyə gələcək. Futbolçunun dəvət edilməsi təşəbbüsü birbaşa olaraq komandanın baş məşqçisi Omari Tetradzedən gəlib. O, müxtəlif mövqelərdə çıxış edə bilən həmyerlisini sərəncamında görmək istəyir.

 

Nikanın karyerasının son 2 ili Azərbaycana bağlıdı. O. "Qəbələ"yədək "İnter"də oynayıb.


Digər xəbərlər

Xəbər xətti