Nazarova başqa klublardan təkliflər var? - AÇIQLAMA

12:40 24 May 2017

“Ersgebirge”nin prezidenti Helqe Leonhardt millimizin futbolçusu Dmitri Nazarovun klubdan ayrılacağı barədə xəbərlərə münasibət bildirib.

 

Sportarena.az Almaniya mətbuatına istinadən xəbər verir ki,  o, Nazarovla yanaşı, yarımmüdafiəçi Mario Kvesiç və hücumçu Paskal Köpke üçün heç bir təklif almadıqlarını deyib:

 

“Bu xəbəri təsdiq edə bilmərəm. Çünki hər hansı bir təklif almamışıq. Üstəlik, onların hər birinin müqaviləsi davam edir və anlaşmada yer alan transfer haqqı var. Masa üzərində isə hansısa bir klubun təklifi yoxdur".

 

Qeyd edək ki, Nazarova Almaniyanın bir neçə klubunun təklif göndərdiyi iddia edilir.


Xəbər xətti