Rafael Ağayev mətbəxdə məharətini göstərdi - Yeni evindən görüntülər - VİDEO

13:57 24 May 2017

Bu gün Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişinin çəkiliş komandası karatenin "Brilyant oğlanı" Rafael Ağayev evində qonaq olub.

 
Rafael Ağayev qonaqları üçün pomidor-yumurta bişirib. Mətbəxdə o qədər də məharətli olmadığını söyləyən idmançı çox həyəcanlı olduğunu bildirib. Ailəsi və yenicə doğulmuş oğlu haqqında danışan idmançı hər gün oğlunu görmək üçün evə tələsdiyini, ata olmağın gözəl hiss olduğunu qeyd edib. Sonda Rafael Ağayev hazırladığı yeməyi qonaqları ilə birlikdə nuş edib. 


Qeyd edək ki, Rafael Ağayev karyerası ərzində 5 dəfə Dünya, 10 dəfə isə Avropa çempionu adını qazanıb. Karateçimiz həmçinin 2013-cü ildə keçirilən Dünya Oyunları və Dünya Döyüş Oyunlarında da qızıl medal qazanıb. Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının isə qızıl medalçısıdır.  (Media24)

 

 


Digər xəbərlər

Xəbər xətti