"Barselona"nın yeni baş məşqçisi 5 futbolçunu göndərir - Siyahı

16:34 24 May 2017

Növbəti mövsümdən “Barselona”nı çalışdıracağı deyilən Ernesto Valverdenin komandada görmək istəmədiyi futbolçuların adları açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, İspaniya mətbuatında yer alan xəbərdə Valverdenin klub rəhbərliyi ilə görüşündə 5 futbolçunu komandada görmək istəmədiyini bildirdiyi qeyd edilib. Belə ki, xəbərdə 53 yaşlı mütəxəssisin Pako Alkaser, Arda Turan, Rafinya, Lukas Din və Ceremi Matyunu komandada görmək istəmədiyi yazılıb.

 

Ardanın növbəti mövsümdən İngiltərə Premyer Liqa klublarından birinə yollanacağı gözlənilir.


Xəbər xətti