Məhkəmə Messi barədə həbs cəzasını qüvvədə saxladı

17:00 24 May 2017

İspaniya Ali Məhkəməsi “Barselona”nın hücumçusu Lionel Messi barədə 21 aylıq şərti həbs cəzasını qüvvədə saxlayıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. Ali Məhkəmənin bu gün keçirilən iclasında argentinalı futbolçunun 2007-09-cu illərdə vergidən yayındığı elan edilib. Ümumilikdə, “Barselona”lı futbolçunun 4.1 milyon avronu vergidən gizlətdiyi bildirilib.

 

Messiyə 3 il cəza istənilib. Lakin onun barəsində 21 aylıq qərər verilib.


İspaniya qanunlarına görə, iqtisadi cinayətdə ittiham olunan barəsində 2 illik həbs qərarı verilərsə, bu halda cəza şərti həbslə əvəzlənə bilər.


Digər xəbərlər

Xəbər xətti