"Roma" "Beşiktaş"ın iki futbolçusunu hədəfə alıb

20:55 24 May 2017

“Roma” “Beşiktaş”ın iki üzvünün xidmətində maraqlıdı.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə “canavarlar”ın İstanbul təmsilçisinin futbolçuları Oğuzhan Özyakup və Tolqay Arslanın xidmətində maraqlı olduğu qeyd edilib.

 

Hər iki futbolçunu paytaxt klubunun idman direktoru, “Transfer sehrbazı” ləqəbiylə tanınan Monçinin diqqət mərkəzində olduğu deyilir. Maraqlıdı ki, Oğuzhanın xidmətində Monçinin sabiq klubu “Sevilya” da maraqlıdı.

 

Hər iki futbolçunun “Beşiktaş”la müqavilə müddəti 2018-ci ilin yayında bitəcək.


Digər xəbərlər

Xəbər xətti