"Barselona" "Malaqa"ya rüşvət təklif edib? - ŞOK AÇIQLAMA

21:29 24 May 2017

İspaniya La Liqasının sonuncu turu haqda söz-söhbətlər səngimək bilmir.

 

Sportarena.az xəbər verir ki, Katoloniya mətbuatı “Malaqa”nın “Real”a bilərəkdən məğlub olduğunu iddia edir. Ancaq “Malaqa”nın prezidenti Əl Thaninin verdiyi açıqlama hər kəsi şoka salıb. O, “Real”ı məğlub etmək üçün “Barselona”nın “Malaqa”ya rüşvət təklif etdiyini söyləyib:

 

“Əgər “Barselona” tərəfi 24 saat ərzində bu söz-söhbətlərə son qoymasa, FİFA-ya müraciət edəcəm və “Barselona”nın bütün oyunları ilə bağlı araşdırma aparılmasını tələb edəcəm. Biz heç vaxt oyun satmarıq! Bunun ən böyük cavabı, “Barselona”nın “Real”ı məğlub etmək üçün bizə təklif etdiyi rüşvətə “yox” cavabı verməyimizdi”.

 

Qeyd edək ki, sonuncu turda “Malaqa”nı məğlub edən “Real” tarixi ərzində 33-cü çempionluğunu bayram edib.

 


Digər xəbərlər

Xəbər xətti