"Traktor Sazi" azərbaycanlı məşqçiyə tapşırıldı

10:18 25 May 2017

Təbrizin “Traktorsazi” klubu yeni məşqçiylə anlaşıb.

 

Sportarena.az xəbər verir ki, “qırmızı qurdlar”ı bundan sonra Yahya Qolmohammadi çalışdıracaq. Bu barədə məlumatı klubun saytı yayıb. Qolmohammadi azərbaycanlıların çoxluq təşkil etdiyi Ərdəbildə dünyaya gəlib. Futbolçu olduğu zaman müdafiəçi olan 46 yaşlı mütəxəssis, baş məşqçi kimi “Persepolis”, “Zob Ahan”, “Neft Tehran” kimi komandaları çalışdırıb. O, “Zob Ahan”ın “sükanı arxasında” iki dəfə İran kubokunu qazanıb, bir dəfə isə ölkə superkubokuna yiyələnib.

 

“Traktorsazi” İran çempionatının son mövsümünü 3-cü pillədə başa vurub. Təbriz təmsilçisi ölkə kubokunun finalına vəsiqə qazansa da, burda “Neft Tehran”a məğlub olaraq, ikinciliklə kifayətlənib.


Digər xəbərlər

Xəbər xətti