"Rahat qalib gəldik" - Mourinyo - AÇIQLAMA

10:35 25 May 2017

Avropa Liqasının final oyununda “Ayaks”ı 2:0 hesabıyla məğlub edən “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo oyunla bağlı fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, portuqaliyalı mütəxəssis oyunsonrası mətbuat konfransında Avroliqanı qazanmaqla, növbəti mövsümdə Çempionlar Liqasında yarışmaq haqqı qazanmalarını xüsusilə vurğulayıb:

 

“Çempionatda 3-cü, 4-cü yer uğrunda oynamaqdansa, Avroliqanın qalibi olmağı daha üstün tutduq. Bunun üçün çox çalışdıq, lakin həmişə qazana biləcəyimizə inandıq. Rahat qalib gəldik. Onlardan daha güclü və daha ağıllı oynadıq. Qələbəyə layiq idik, artıq tətildəyəm. Çempionlar Liqasına qayıdırıq. Buna görə çox sevincliyəm. Bir mövsümdə 3 kubok qazandığımıza görə də sevinirəm”.


Digər xəbərlər

Xəbər xətti